Bazar , Yanvar 24 2021
Ana səhifə / Dünya / Afrində əməliyyatlar tezliklə başa çatacaq

Afrində əməliyyatlar tezliklə başa çatacaq

Türkiyə Silahlı Qüvvələrinin Suriyanın Afrin bölgəsində həyata keçirdiyi hərbi əməliyyatlar qısa zamanda başa çatacaq.

AzVision.az xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Bursada sakinlərlə keçirdiyi görüşdə deyib.

Ərdoğan əməliyyatlar başlayadan sonra terrorçuların Afrindən qaçdığını bildirib: “Ən qısa müddətdə bu əməliyyatı tamamlayacağıq”.

Qeyd edək ki, Türkiyə Silahlı Qüvvələri dünən axşam saatlarında Suriyanın şimal-qərbində yerləşən Afrin bölgəsində “Zeytun budağı” adlı əməliyyata başlayıb. Əməliyyatın məqsədi Türkiyənin Suriya sərhədlərində və bölgədə təhlükəsizliyi təmin etmək, PKK/KCK/PYD-YPG və İŞİD qruplaşmalarına mənsub terrorçuları zərərsizləşdirməkdir.

Həmçinin oxuyun

“İcazəsiz aksiya ilə bağlı bir neçə maddə üzrə cinayət işləri başlanılıb” – İstintaq Komitəsi

Moskvada təşkil olunmuş razılaşdırılmamış aksiya ilə bağlı İstintaq Komitəsi tərəfindən cinayət işləri başlanılıb. Bu barədə …