Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Dünya / Afrin əməliyyatı uğurla davam edir

Afrin əməliyyatı uğurla davam edir

Türkiyə ordusu Baş Qərargahı Afrinə keçirilən “Zeytun budağı” əməliyyatının 7-ci günündə 13 təyyarənin 23 hədəfi bombaladığını bildirib. Açıqlamaya əsasən əməliyyatlar zamanı ümumilikdə 350-yə yaxın PKK/KCK/PYD-YPG və İŞİD terror təşkilatı üzvləri öldürülüb. Baş Qərargah bəyan edib ki, hərəkat planlaşdırıldığı şəkildə uğurla davam edir.

Türkiyə səhiyyə naziri Əhməd Dəmircan bildirib ki, “Zeytun budağı” əməliyyatı zamanı Türkiyə tərəfi 14 itki verib, bunlardan 3-ü Türkiyə ordusunun hərbçiləridir. Eyni zamanda əməliyyatlar zamanı yaralanan əsgərləri ziyarət edən nazir ötən 7 gün ərzində 130 yaralının Türkiyəyə gətirildiyini bildirib.

Xatırladaq ki, əməliyyat zamanı Türkiyə Silahlı Qüvvələrinin baş leytenantı Oğuz Kaan Usta, gizir Musa Özalkan və çavuş Mehmet Muratoğlu şəhid olub.

Türkiyənin ana müxalifəti Cümhuriyyət Xalq Partiyasının sədri Kamal Kılıçdaroğlu “Zeytun budağı” əməliyyatını dəstəklədiklərini bildirib. Sitat: “Afrində əməliyyat həyata keçirilməlidir, buna heç bir etirazımız yoxdur. Ordumuza sonuna qədər güvənirik. Bu mübarizənin yanındayıq. Amma bəylər bundan narahatdır. Bunu çox yaxşı bilirəm. Biz ölkəmizin qorunması üçün “Öncə Türkiyə” deyirik. Türkiyə Cümhuriyyəti sərhədləri xətkeşlə çəkilən ölkə deyil”.

Erdoğan afrin operasyonunun 6. ile ilgili görsel sonucu

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan da cümə günü Afrin əməliyyatından danışıb. Ərdoğan deyib ki, Afrin əməliyyatı Türkiyənin terrorla mübarizədə qətiyyətini görmək istəməyənlər üçün açıq şəkildə bir xəbərdarlıq və nümunədir. Eyni zamanda o deyib ki, çox yaxın zamanda terror təşkilatı fəaliyyət göstərə bilməyəcək: “Burada bütün dünyaya elan edirəm. Türkiyənin Afrindəki əməliyyatı sadəcə və sadəcə terror təşkilatlarına, terrorçulara qarşıdır. Ən böyük məyusluğumuz bu terror təşkilatlarının ABŞ bayraqları ilə bölgədə hərəkət etmələridir. Bunu nə ilə izah edəcəyik? Avropa Parlamentində bu hərəkatı “işğal hərəkatı” olaraq göstərmək istəyənlərə üzümü tutub deyirəm. Gedin işğalın nümunələrini Liviyada, Ruandada, Malidə axtarın. Hansı işğalı kimlər və necə ediblər onu axtarın. Türk milləti və ordusu heç zaman işğal həyata keçriməyib”.

Erdoğan afrin operasyonunun 6. ile ilgili görsel sonucu

Ərdoğan deyib ki, Afrini işğlal etmək istəmirlər. Bu əraziləri terrordan təmizləyib yaşanmaq üçün uyğun yerə çevirmək istəyirlər.

Reyhanlı növbəti dəfə vuruldu

Qeyd edək ki, son günlərdə Afrinlə sərhəddə yerləşən Hatayın Reyhanlı rayonu dəfələrlə terrorçuların raket zərbələrinə məruz qalıb. Cümə günü də YPG terrorçuları rayon mərkəzini növbəti dəfə raket atəşinə tutublar. Atılan raket Ryehanlı mərkəzi bazarına düşüb. Tələfat haqda məlumat verilmir.

Erdoğan afrin operasyonunun 6. ile ilgili görsel sonucu

Xəbər verdiyimiz kimi, Afrin əməliyyatının ilk günü şəhid olmuş gizir Musa Özalka vəsiyyətində şəhid olarsa dövlət tərəfindən ailəsinə veriləcək “qanpulu” hesabına İraqın türkmən şəhəri Telaferdə orta məktəb və ya bağça inşa edilməsini istəyib. Şəhidin vəziyyətinə əməl edilməsi üçün artıq Türkiyə ictimaiyyəti hərəkətə keçib. Milliyyətçi Hərəkat Partiyasının sədri Dövlət Bahçelinin tapşırığı ilə Ülkü Ocakları təşkilatının sədri Olcay Kılavuz İraqın Telafər şəhərinə gedib. Kılavuz deyib ki, vəsiyyəti yerinə yetirmək üçün yerli hakimiyyət orqanları ilə görüşüb danışqılar aparıb. Yaxın zamanlarda Telaferdə uşaq bağçası-ibtidai məktəb və ya mədəniyət mərkəzi inşa ediləcək. (Musavat.com)

Həmçinin oxuyun

Rusiyada Harri Kasparovun həbsinə qərar verildi

Erməniəsilli Rusiya şahmatçısı Harri Kasparov və Dövlət Dumasının keçmiş deputatı Gennadi Qudkov “terror icması” yaratmaqda …