Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Dünya / Afrin əməliyyatı: Tanklar hazır vəziyyətə gətirildi

Afrin əməliyyatı: Tanklar hazır vəziyyətə gətirildi

Türkiyə yaxın günlərdə Suriyanın Afrin bölgəsində hərbi əməliyyatlara başlayacaq.

AzVision.az Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, PKK terror təşkilatının Suriya qolu olan YPG-a qarşı əməliyyatlara hazırlıq görülür.

Ankaradan gətirilən daha 10 tank Suriya sərhədi yaxınlığında yerləşdirilib. Bundan əlavə daha bir neçə döyüş texnikasının əraziyə gətiriləcəyi gözlənilir. Məlumata görə, döyüş texnikaları hazır vəziyyətə gətirilib.

Türkiyə rəsmilərinin bildirdiyinə görə, Afrin əməliyyatlarına Suriyanın müxalif qüvvələri də qatılacaq.

Həmçinin oxuyun

3 uşaq anası 9 saatlıq əməliyyatdan sonra vəfat etdi – Azərbaycanlı həkim ittiham edilir

Türkiyədə qadın əməliyyatdan sonra ölüb. Hadisə Kayseri şəhərində yerləşən özəl xəstəxanalardan birində qeydə alınıb. 3 …