Cümə axşamı , Yanvar 28 2021
Ana səhifə / Dünya / Afrin əməliyyatı Abdullah Öcalanı dəli etdi – Terrorçubaşı İmralıda iztirab içindədir

Afrin əməliyyatı Abdullah Öcalanı dəli etdi – Terrorçubaşı İmralıda iztirab içindədir

Türkiyə ordusunun Afrində başlatdığı “Zeytin budağı” əməliyyatı terror təşkilatı PKK-nı dəli edib.

Avropa.info Türkiyə mətbuatına istinadən xəbər verir ki, Afrində həyata keçrilən bu əməliyyatdan ən böyük iztirabı İmralı adasında ömürlük həbs həyatı yaşayan terrorçubaşı Abdullah Öcalan çəkir.

PKK-ya başqa yerlərdə edilən əməliyyatların heç biri Afrindəki qədər onun canını acıtmamışdı. Bəs bunun səbəbi nədir?

Türkiyə dövlətinin rəsmi qeydlərinə görə PKK, 1970-ci illərin sonunda Diyarbəkirin Licə mahalının Fis kəndində qurulub. O dövrdə PKK adı yox idi. Terrorçular “apoçular” kimi tanınırdı.

Abdullah Öcalan Türkiyədən qaçınca isə ilk yerləşdiyi ərazi Afrin olub. Terrorçubaşı Afrində Amanos dağlarının Suriyaya uzanan yamaclarındakı kəndlərdə özünə tərəfdarlar tapdı, terror birləşmələri qurdu. Öcalan uzun illər Afrində yaşadıqdan sonra separatçı fikirlərini bölüşmək üçün Bekaa vadisinə yollanır. Beləliklə terrorçubaşı Öcalanın bir Afrin tarixçəsi də var.

Həmçinin oxuyun

Paşinyan ombudsmanı istefaya göndərmək istəyir

Ermənistanın hakim “Mənim addımım” fraksiyası ombudsman Arman Tatoyanın istefasını istəyir. Bu barədə “Joxovurd” yazıb. “Söhbət …