Cümə axşamı , Dekabr 3 2020
Ana səhifə / Dünya / Afrinə göndərilən yardımlar mənimsənilib

Afrinə göndərilən yardımlar mənimsənilib

Beynəlxalq Qızıl Xaç Cəmiyyəti tərəfindən Suriyada müharibədən əziyyət çəkən əhaliyə göndərilən humanitar yardım PYD/PKK terrorçuları tərəfindən mənimsənilib.

Suriya ərazisində həyata keçirilən “Zeytun budağı” antiterror əməliyyatı zamanı PYD/PKK terrorçu təşkilatlarına məxsus anbar və düşərgələrdə dinc əhaliyə göndərilən külli miqdarda yardım bağlamaları aşkar edilib.

Beynəlxalq Qızıl Xaç Cəmiyyətinin məsul şəxsləri bildiriblər ki, təşkilat bölgədə əziyyət çəkən insanlara yardımını davam etdirir. Lakin bu yardımları əhaliyə Suriyanın Qızıl Aypara Cəmiyyəti vasitəsilə çatdırırlar. (AzVision.az)

Həmçinin oxuyun

Koronavirus bütün dünyada tüğyan edir – STATİSTİKA

Dünyada yeni növ koronavirus infeksiyasına (COVID-19) yoluxanların sayı 64 milyon 844 min 771 nəfərə çatıb. …