Cümə , Aprel 19 2024
Ana səhifə / Dünya / “Aeroflot” təyyarələrini ehtiyat hissələrinə ayıracaq

“Aeroflot” təyyarələrini ehtiyat hissələrinə ayıracaq

Rusiyanın “Aeroflot” aviaşirkəti yaxın gələcəkdə sanksiyalara görə “Boeing” və “Airbus” təyyarələri üçün ehtiyat hissələri çatışmazlığı ilə üzləşəcək.

Bu barədə ekspert hesablamalarına istinadən “Bloomberg” məlumat yayıb. Nəşr qeyd edir ki, xaricdən gətirilən modellərin Rusiya istehsalı olan təyyarələrlə əvəzlənməsi qıtlığı kompensasiya edə bilməyəcək. Çatışmazlığı aradan qaldırmaq üçün aviadaşıyıcı təyyarələrini ehtiyat hissələrinə ayırmağa başlaya bilər.

Ekspertlərinin fikrincə, öz təyyarə parkını işlək vəziyyətdə saxlamaq üçün “Aeroflot” sözügedən prosesə üç ərzində başlayacaq. Aviaşirkət ən azı yaxın gələcəkdə “Boeing” və “Airbus” məhsullarını Rusiya istehsalı olan təyyarələrlə əvəz edə bilməyəcək.

Qeyd edək ki, sanksiyalara görə “Aeroflot” nəinki öz təyyarələri üçün ehtiyat hissələri əldə etmək imkanını itirib, həm də xaricə uçuşları kəskin şəkildə azaltmaq məcburiyyətində qalıb.

Həmçinin oxuyun

Hindistan əhalinin sayına görə dünyada birinci yerdə oldu

Hindistan əhalisinin sayına görə dünyada lider ölkə olub. APA xəbər verir ki, bu barədə BMT-nin …