Adnan Oktarın “dəlilik kağızları” üzə çıxdı

Həbs olunan Adnan Oktarın əqli durumu müzakirə mövzularından biridir. Türkiyə mediası xəbər verir ki, Oktarın vəkili “bu, cəzasızlıq səbəbidir. Növbəti mərhələdə bunu dəyərləndirərik” deyib. Oktarın istintaqı zamanı sözügedən bəhanənin dəyərləndiriləcəyi təxmin edilir. Oktarın əqli sağıamlığı illər öncəki məhkəmələrində gündəmə gəlmişdi.

Ümumən Adnan Oktarın əqli sağlamlığı ilə bağlı 1983 və 1985-ci illərə aid olmaq üzrə iki arayış hazırlanıb. Sağlamlıq və Sosial Yardım Nazirliyi Şişli xəstəxanası baş təbibliyi tərəfindən 1983/961 saylı sağlamlıq qurumu sənədində Oktarın “şizofren xəstəliyi”nə görə təhsilə davam edə bilməyəcəyi öz əksini tapıb. Sağlamlıq qurumu rəhbəri, həkim Əhməd Nasuboğlu, üzvləri həkim Bahattin Yardımcı, həkim Uğur Akbulut, həkim Tuqay Akmutun imzalarını daşıyan sənəddə Oktarın İstanbul Universiteti Mediko Sosial Mərkəz Müdirliyinin 25 yanvar 1983-cü il tarixli və 618 saylı yazısı əsasında müayinə edildiyi bildirilib.

Oktar haqqında verilən ikinci sağlamlıq arayışının tarixi isə 2 iyul 1985-ci ilə aiddir. Arayışın klinik və laboratoriya məlumatları bölümündə qeyd edilib ki, xəstənin “sıxıntı, narahatlıq, konsentrasiya çətinliyi, küskünlük, təşəbbüskarlıq itkisi” kimi problemləri var. Bu səbəbdən də ona ‘paranoid’ diaqnozu qoyulub. Bakırköy ruh və sinir xəstəlikləri xəstəxanasında müalicə alan Oktar, o tarixlərdə “Milliyyet”ə verdiyi müsahibəsində 2.5 aydır ki, xəstəxanada olduğunu vurğulamışdı:

“Başımdakı bu bəladan qurtulum, dərhal evlənəcəyəm”.

Təxminən 10 ay boyunca Bakırköy xəstəxanasında müalicə alan Oktar 17 dekabr 1987-ci ildə xəstəxanadan buraxılmış, xəstəxananın baş həkimi Yıldırım Aktunanın əlini öpərək ordan çıxmışdı. Türkiyə mediasında onun baş həkimin əlini öpərkən çəkilmiş fotoları yayılıb.

Milli duyğuları yox edici və zəiflədici təbliğat apardığı üçün 3 iyul 1986-cı ildə aparılan gizli istintaq nəticəsində həbs edilərək Bayrampaşa türməsinə göndərilən Adnan Oktarın həmin dönəm vəkili vasitəsilə təmizə çıxarılması üçün hüquqşünaslara özəl arayış hazırlatdığı ortaya çıxıb.

Oktar 16 iyul 1986-ci ildə 15 il azadlıqdan məhrum etmə tələbi ilə hakim qarşısına çıxarılmışdı. Məhkəmə sədri Deliorman isə həmin vaxt verdiyi açıqlamada belə demişdi: “Nə zaman belə bir məhkəmə işi görsək, “başınız qopacaq” deyə təhdidlər yağır. Bu da onu göstərir ki, ölkəmizdə geridəqalmış və mühafizəkar bir cəbhə var”.

Həmin vaxt Deliormana yönəlmiş təhdid məktubunun qaynağı da araşdırılması üçün prokurorluğa göndərilmişdi. Oktarın istintaqı zamanı vəkili Vehbi Kahveci isə həmin vaxt hüquq fakültəsinin dekanı, professor Orxan Aldıkaçtı ilə professor Erol Cihan və dosent Köksal Bayraktardan Oktarla bağlı müsbət xarakterli bir arayış hazırlanmasını tələb edib. Amma sözügedən bu sənəd həmin dönəm hüquqi sənəd kimi qəbul edilməyib.

Sözügedən arayışda Oktarın İslam və türklüyün sintezini qurduğu qeyd edilib. Məhkəmə isə bu sənədin yeni dəlil xarakteri daşımadığını bildirib. “Heç bir orqan, instansiya və ya fərdlər məhkəmələrə təlimat, tövsiyə verə bilməz”. musavat.com

Zdrave universal kremi zdrave forte