Adnan Oktarın azərbaycanlı tərəfdarları ilə bağlı da əməliyyat aparıla bilər – SƏFİR

Bu gün Türkiyənin Azərbaycandakı səfirliyində 15 iyul dövlət çevrilişi cəhdinin 2 illiyi ilə əlaqədar mətbuat konfransı keçirilib.

Azinforum.az xəbər verir ki, Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral ötən gün Türkiyədə həbs olunan Adnan Oktarın Azərbaycandakı tərəfdarlarına qarşı da əməliyyatın aparılacağı xəbərlərinə münasibət bildirib.

Səfir qeyd edib ki, hazırda məhkəmə prosesi davam edir, konkret qərar yoxdur: “Araşdırmaların nəticəsi olaraq bu proses Azərbaycan və digər ölkələrdə də aparılacaq. Hesab edirəm ki, FETÖ -də olduğu kimi Adnan Oktarla bağlı məsələ də qarşılıqlı olaraq həll olunacaq. Türkiyə dövlətinə qarşı hər bir təhdiddə Azərbaycan dövləti də yanımızda olub, bundan sonra da olacağına inanırıq”.

Zdrave universal kremi zdrave forte