Şənbə , Oktyabr 24 2020
Ana səhifə / Dünya / Adnan Oktarın əzəmətli villası sökülür

Adnan Oktarın əzəmətli villası sökülür

Villadan bir yük maşını dolusu geyim, ayaqqabı və mebel çıxarılıb

Türkiyədə “Adnan hoca” adı ilə tanınan, hazırda həbsdə olan Adnan Oktar və “kedicik”lərinin yaşadığı villa sökülür.

Musavat.com Türkiyə mediasına istinadən xəbər verir ki, villadakı əşyaların daşınma proseduru bu gün səhər saatlarında da davam edib. Çox sayda polis, bələdiyyə heyəti və iş maşınları Kandilliyə gəlib. Alınan məlumata görə, İstanbul Böyükşəhər Bələdiyyəsini Oktar qrupuna aid Kandillidəki tikintilərin qanunsuz olduğunu təsdiqləməsindən sonra söküntü qərarının ardınca başlanan əməliyyat davam edir.

Adnan Oktar'ın kaçak yapılarındaki yıkım başladı

Villa ilə çevrəsindəki 23 qanunsuz tikinti və içindəkilər müvafiq quruma təhvil-təslim edilib. Villanın içindəki əşyalar yük maşınlarına yüklənib.

İstanbul baş prokurorluğu tərəfindən Adnan Oktar qrupuna qarşı aparılan istintaq çərçivəsində 11 iyulda başlanan əməliyyat nəticəsində aralarında Adnan Oktarın da olduğu 169 şübhəli həbs olunub.

Adnan Oktar'ın kaçak yapılarındaki yıkım kararı

İstanbul Böyükşəhər Bələdiyyəsi, Üsküdar Kandilli məhəlləsindəki qanunsuz tikililərlə bağlı olaraq Boğaziçi müdirliyi 25 iyul 2018-ci il tarixində lazımi araşdırmalar həyata keçirib, burada 23 tikilinin qanunlara zidd olaraq inşa edildiyinin müəyyənləşdirilməsi üzrə söküntü qərarı verib.

Adnan Oktar'ın kaçak yapılarındaki yıkım kararı

Həmçinin oxuyun

“Həm ön cəbhədə, həm də arxa cəbhədə Vətənin müdafiəsinə hazırıq” – Diaspor təşkilatlarımızın aksiyalarından xülasələr

Arxa cəbhənin ön döyüşçüləri…  Sentyabrın 27-dən etibarən Azərbaycan ordusu işğal altında olan Qarabağda uğurlu əks-hücum …