Çərşənbə axşamı , Mart 19 2024
Ana səhifə / Dünya / Adnan Oktar hakim qarşısında: “Bizdə qəyyumluq sistem var”

Adnan Oktar hakim qarşısında: “Bizdə qəyyumluq sistem var”

Adnan Oktar və digər 226 təqsirləndirilən şəxsin ittiham olunduğu məhkəmə prosesi Silivridə başlanıb.
Cəsusluq, cinayətkar dəstə qurmaq, şantaj və cinsi istismarın da aralarında olduğu 32 fərqli ittihamla məhkəmə qarşısına çıxan Adnan Oktar ilk ifadəsində bütün ittihamları rədd edib. Prokurorun “Sizə xidmət edən şəxslərin maaşlarını necə ödəyirsiniz” sualına Oktar ‘Qəyyumluq sistemi var. Allahın lütfü üçün edirlər” cavabını verib. 
Proses Oktarın özünümüdafiəsi ilə başlayıb. A.Oktar özünümüdafiə nitqində fikirlərini ümumiləşdirərək, aşağıdakıları deyib: “Niyə bu cinayətləri edim? Yerli və milli bir insanam. Milliyyətçiyəm. Tam 32 ayrı cinayətdən söhbət gedir. FETÖ əlaqələri ilə bağlı iddialara gəlincə, o, əqli olaraq mənə zidd bir insandır. Təhlükəli bir tip idi. Banklarına pul qoymadıq, qəzetlərini almadıq”.
A.Oktarın ifadələri müəyyən fasilələrlə ümumilikdə 4 saat davam edib. Müdafiənin ardınca çarpaz istintaq mərhələsinə keçilib. Bu zaman prokurorun “Mehdi olduğunuzla bağlı müxtəlif eyhamlar vurduğunuz nitqləriniz var. Müdafiəniz zamanı da həbs olunandan sonra dolların bahalaşdığını dediniz. Bunları təşkilatınızı diri saxlamaq üçün deyirsiniz” sualına cavabında Oktar “Mehdi olmadığımla bağlı dəfələrlə and içdim. Belə bir iddiam heç olmadı. Ola da bilməz” deyib. 
Oktar, eyni zamanda, prokurorun “Sizinlə maraqlanan, sizə xidmət edən, sizi qoruyan şəxslərin maaşını necə verirsiniz” sualına isə “Qəyyumluq sistemi var. Allahın lütfü üçün edirlər, mən Allahın lütfü üçün yaşamayan bir insanla yaşaya bilmərəm. 65 yaşındayam. Tək bir malım, mülküm, yığılmış pulum yoxdur”. 
Musavat.com xatırladır ki, sayı 70-dən artıq olan şikayətlər əsasında İstanbul Cümhuriyyət Baş Prorkuroqluğunun Terror və Mütəşəkkil Cinayətlər Bürosunun apardığı Adnan Oktar və heyətinə yönəlmiş əməliyyatlar 11 iyul 2018-ci ildə başlanıb. Oktar əməliyyat zamanı Çəngəlköydəki lüks villasına gələn polisləri fərq edincə maşınla qaçmağa çalışıb və polis tərəfindən Sarıyerdı maşını dayandırılaraq, həbs edilib. Əməliyyata ümumən 2 min nəfər polis qatılıb və 235 nəfər saxlanılıb. Dəstənin silahları, zirehli gödəkçələri polis tərəfindən ələ keçirilib. Bununla yanaşı, qrupun şirkətləri və mal varlıqlarına da əl qoyulub. 
1999-cu ildə həyata keçirilən ilk əməliyyata rəhbərlik edən, həmin dönəmin Mütəşəkkil Cinayətkarlığa qarşı mübarizə idarəsinin şöbə müdiri Adil Sərdar Saçan məhkəmə iclasından çıxarkən jurnalistlərə aşağıdakıları deyib: “Mənim müşahidə etdiyim odur ki, bu istintaq keçmiş dövrlərdəki istintaq kimi olmayacaq. Məhkəmə olduqca dəqiq hərəkət edir. Oktarın konkret ittihamlara heç bir cavabı yoxdur. 1999-cu ildəki əməliyyatda da yenə eyni şəkildə ifadələr verirdi. Əslində isə İslamdan necə istifadə etdiyini danışırdı”. 

Həmçinin oxuyun

Putin: Navalnını Qərb ölkələrində saxlanılan rusiyalılarla dəyişməyə razılaşmışdım, amma o öldü

Rusiya Prezidenti Vladimir Putin həbsxanada vəfat edən Aleksey Navalnın mübadiləsinə razılıq verdiyini söyləyib. Bu barədə …