Cümə axşamı , İyun 17 2021
Ana səhifə / Dünya / Adı təcavüzdə hallanan məktəb direktoru həbs edildi

Adı təcavüzdə hallanan məktəb direktoru həbs edildi

Cinsi təcavüz hadisəsinə görə ittiham edilən keçmiş məktəb direktoru həbs edilib. 

Sputnik Azərbaycan Türkiyə mətbuatına istinadla xəbər verir ki, Kırşehirdə 7 qız şagirdə cinsi təcavüz etməkdə ittiham edilən A.T.-nin məhkəməsində yaxınları və vəkilləri iştirak edib.

İttiham aktında bildirilib ki, A.T 2015-ci bir kənddə ibtiadi məktəbdə işlədiyi zaman 18 yaşdan kiçik 7 qıza təcavüz edib. Bundan sonra ərazi Milli Təhsil İdarəsinə valideynlərin şikayəti əsasında cinayət işi açılıb.

Direktor heç bir şagirdinə təcavüz etmədiyini və hərəkətlərinin səhv başa düşüldüyünü bildirib. Hadisə ilə bağlı şahidləri dinləyən məhkəmə heyəti mövcud sübutları nəzərə alaraq onun həbs edilməsinə qərar verib.

Həmçinin oxuyun

Fransada skandal olay: Şagird “erməni soyqırımı”na etiraz etdiyinə görə…

Fransa qanunvericiliyinə görə, 1915-ci il olaylarını inkar etmək məsuliyyət yaratmadığı halda Altay adlı türk şagird …