Bazar ertəsi , Noyabr 30 2020
Ana səhifə / Dünya / Aclıqdan ölmək üzrə olan ayını çəkən fotoqraf: “Onu ağlaya-ağlaya çəkdim” – VİDEO, FOTOLAR

Aclıqdan ölmək üzrə olan ayını çəkən fotoqraf: “Onu ağlaya-ağlaya çəkdim” – VİDEO, FOTOLAR

Vəhşi təbiəti çəkən məşhur fotoqraf aclıqdan ölmək üzrə olan bir qütb ayısını görüntüləyib.

Bu görüntüləri Paul Nikklen adlı fotoqraf lentə alıb.  

Kanadanın şimalında doğulub, orada böyüyən Paul əvvəllər biloq olsa da, sonradan fotoqraf olmağa qərar verib. Vəhşi təbiətdə 3 minə yaxın ayını fotolentə alan Paul bu dəfə ürəkağrıdıcı mənzərə ilə qarşılaşıb.

Fotoqrafın sosial hesabında paylaşdığı görüntülər böyük müzakirələrə yol açıb.

Картинки по запросу Пол Никлен

Həddindən artıq arıq olan qütb ayısının durumunu izah edən fotoqraf həyatının ən ağır anlarından birini yaşadığını qeyd edib: “Onu gördüyüm an özümdən asılı olmadan ağlamağa başladım. Göz yaşları içərisində ayının fotolarını çəkdim. Bu, mənim həyatımın ən ağır dəqiqələri idi. Aclıq ayını o qədər haldan salmışdı ki, arxa ayaqlarında güc qalmamışdı. O cür gözəl və iri ayı sürünərək gəzirdi”.

Fotoqrafın çəkdiyi acı görüntülərdən biri də ayının zibil qutularını eşələməsi və orada belə, yeməyə heç bir şey tapa bilməməsidir.

Sosial mediada ayının bu vəziyyətdə olduğu halda, fotoqrafın heyvana niyə yardım etməməsi də müzakirə olunub. Paul Nikklen sualları bu cür cavablandırıb: “Təbii ki, bu, ağlımdan keçdi. Lakin mən yanımda 400 kq ət ilə və keyləşdirici tapanca ilə gəzmirəm. Ayrıca onu da qeyd edim ki, Kanadada qütb ayılarını yemləmək qanunsuzluqdur”.

Fotoqraf çəkdiyi görüntülərin əhəmiyyətini “bu ayıların nəsli tükəndiyində insanlar qütb ayısının nəyə bənzədiyini və necə öldüyünü görəcəklər” deyə izah edib.

Məlumat üçün bildirək ki, qütb ayıları əsasən Şimal buzlu okeanın sahillərində yaşayırlar. Onlar buz təbəqələrini qıraraq okeandakı balıqlarla qidalanırlar. Qlobal istiləşmələr səbəbindən bu ayıların nəsli getdikcə azalır.

Hazırda dünyada ümumi sayı 25 minə yaxın olan bu ayıların önümüzdəki 100 il ərzində nəslinin tükənəcəyi ehtimal edilir.

Turan Oruc,
Musavat.com

Həmçinin oxuyun

“Bu faciəyə səbəb olan hökumət getməlidir” – Armen Sarkisyan

“Belə böyük faciənin baş verdiyi hər bir ölkədə yalnız bir həll yolu var: buna səbəb …