Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Dünya / Açıq Cəmiyyət Fondunun Türkiyədəki ofisi bağlanıb

Açıq Cəmiyyət Fondunun Türkiyədəki ofisi bağlanıb

Milyarder Corc Sorosun sahibi olduğu Açıq Cəmiyyət Fondunun Türkiyədəki ofisinin fəaliyyətinə xitam verilib.

“Report” Türkiyə KİV-ə istinadən xəbər verir ki, bu barədə Fondun İdarə Heyəti qərar çıxarıb.

Bildirilib ki, son günlər KİV-də yer alan əsassız iddiaların və spekulasiyaların artması səbəbindən bu addım atılıb.

Qeyd edək ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bir neçə gün öncə Soros Fondunu ölkəsinin daxili işlərinə qarışmaqda günahlandırıb.

Həmçinin oxuyun

3 uşaq anası 9 saatlıq əməliyyatdan sonra vəfat etdi – Azərbaycanlı həkim ittiham edilir

Türkiyədə qadın əməliyyatdan sonra ölüb. Hadisə Kayseri şəhərində yerləşən özəl xəstəxanalardan birində qeydə alınıb. 3 …