Bazar ertəsi , Yanvar 18 2021
Ana səhifə / Dünya / “Abxaziyanın müstəqilliyini tanımağa hazır idim…” –Lukaşenko

“Abxaziyanın müstəqilliyini tanımağa hazır idim…” –Lukaşenko

“Mən zamanında Abxaziyanın müstəqilliyini tanımağa hazır idim”.

Bunu jurnalistlərlə görüşü zamanı Belarus Prezidenti Aleksandr Lukaşenko deyib.

“Mən Abxaziyanın tanınması haqqında əmr imzalamağa hazır idim. Bəs sabah nə olacaqdı? Mənim yanıma NATO-nun keçmiş baş katibi Xavyer Solana gəldi. Uzun və yaxşı danışığımız oldu. O dedi ki, “əgər siz Abxaziyanın müstəqilliyini tanısanız, ilk olaraq sizin üçün beynəlxalq bank sistemini söndürəcəyik, siz tam təcrid olunacaqsınız. O mənə hər şeyi açıq və aydın dedi”– deyə o, bildirib.

Lukaşenko həmçinin bu məsələni keçmiş Rusiya prezidenti Dmitri Medvedyevlə müzakirə etdiyini və tərəflərin ortaq fikrə gəldiyini deyib/Axar.az.

Həmçinin oxuyun

Gerhard Şröder: “Heç bir Rusiya prezidenti Krımı Ukraynaya verməz”

Almaniyanın keçmiş kansleri Gerhard Şröder Gürcüstan və Ukryananın NATO-ya daxil olması ilə bağlı diskussiyaları yersiz …