Bazar , Fevral 25 2024
Ana səhifə / Dünya / ABŞ Türkiyəyə 23 milyardlıq “F-16”lar satacaq

ABŞ Türkiyəyə 23 milyardlıq “F-16”lar satacaq

ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin rəhbəri Ben Kardin İsveçin NATO-ya qəbulunu təsdiqləmə qərarından sonra Türkiyəyə “F-16”ların satışını təsdiqləyib.

“Bu gün Senatın Xarici Əlaqələr Komitəsinin sədri Ben Kardin Türkiyənin İsveçin NATO-ya üzvlüyünü ratifikasiya etməsini alqışlayıb və bundan sonra Türkiyəyə “F-16” qırıcılarının satışına icazə verəcəyini açıqlayıb”, – komitənin qərarında deyilir.

Bundan sonra Dövlət Departamenti də Türkiyəyə 23 milyard dollar dəyərində “F-16” döyüş təyyarələri, təkmilləşdirmə dəstləri və digər sistemlərin mümkün satışına icazə verib. Qeyd olunub ki, ABŞ Xarici Siyasət Departamenti Türkiyə hökumətinə “F-16”ların, təkmilləşdirmələrin və müvafiq avadanlıqların təxminən 23 milyard dollarlıq potensial satışını təsdiqləyib.

Sənədə əsasən, rəsmi Ankara əvvəllər ABŞ-dan 40 yeni “F-16” almaq, mövcud olanı 79 qırıcını modernləşdirmək, həmçinin naviqasiya, rabitə də daxil olmaqla ehtiyat hissələri və müxtəlif sistemlərin alınması üçün icazə istəyib. ABŞ administrasiyası artıq bu qərarla bağlı Konqresə məlumat verib.

Həmçinin oxuyun

Aleksey Navalnının nəşi anasına verildi

Aleksey Navalnının nəşi anasına verilib. Bu barədə siyasətçinin komandası “Telegram” kanalında məlumat yayıb. Onun harada …