Cümə , Yanvar 22 2021
Ana səhifə / Dünya / ABŞ tarixində ilk dəfə: Trampa ikinci impiçment elan edildi

ABŞ tarixində ilk dəfə: Trampa ikinci impiçment elan edildi

ABŞ Konqresinin Nümayəndələr Palatası səs çoxluğu ilə respublikaçı Prezident Donald Trampın impiçmenti üzrə qərar qəbul edib.

Azvision.az “RİA Novosti”yə istinadən xəbər verir ki, Trampın partiyasından 10 nəfər impiçmentə dəstək verib.

Müzakirələr zamanı 232 Konqres üzvü sənədi dəstəkləyib, 197-si əleyhinə çıxıb, 5 nəfər isə səsvermədə iştirak etməyib. Bundan sonra qətnaməyə Senat baxmalıdır.Qeyd edək ki, Donald Tramp Birləşmiş Ştatların tarixində iki dəfə impiçment elan edilən ilk dövlət başçısıdır. Trampa qarşı birinci impiçment 2019-cu ilin dekabrında Konqresə hakimiyyətdən sui-istifadə və mane olma ittihamları ilə irəli sürülüb. Lakin Senat ona bəraət qazandırıb.

Həmçinin oxuyun

Ermənistanda növbəti rəzalət

Ermənistanda müharibədə iştirak edənlərin çoxunun hərbi biletində orduda sürücü kimi xidmət etdiyi qeyd edilir. Bu …