Bazar , Noyabr 29 2020
Ana səhifə / Dünya / ABŞ Suriyaya dair danışıqların başa çatdığını bəyan edib

ABŞ Suriyaya dair danışıqların başa çatdığını bəyan edib

Suriyadakı vəziyyətlə əlaqədar danışıqlara ayrılan vaxt başa çatıb.

APA-nın “RİA Novosti”-yə istinadən verdiyi xəbərə görə, bunu ABŞ-ın BMT-dəki daimi nümayəndəsi Nikki Xeyli deyib.

“Danışıqlar üçün vaxt başa çatdı, hərəkətə keçmək gərəkdir. Və bu ötən gecə baş tuttdu”, – deyə Heyli əlavə edib.

Qeyd edək ki, bundan əvvəl Donald Tramp ABŞ-ın Suriyada “missiyasını yerinə yetirdiyini” bəyan edib.

 

ABŞ, Britaniya və Fransa aprelin 14-nə keçən gecə Suriyanın hərbi və mülki obyektlərinə 100-dən çox raket buraxıb. Rusiya tərəfi iddia edir ki, Suriya Hava Hücumundan Müdafiə sistemləri raketlərin əksəriyyətini hədəfə çatmadan məhv edib.

Həmçinin oxuyun

Tayvanda millət vəkilləri bir-birlərinə heyvan içalatı atdılar – VİDEO

Tayvan parlamentində ABŞ-dan gətirilən donuz əti ilə bağlı mübahisə zamanı müxalifəti təmsil edən millət vəkilləri …