Şənbə , Aprel 20 2024
Ana səhifə / Dünya / ABŞ Senatı ordunun Suriyadan çıxarılmamasına qərar verib

ABŞ Senatı ordunun Suriyadan çıxarılmamasına qərar verib

Senat ABŞ-ın yeni Yaxın Şərq siyasətini müəyyənləşdirəcək qanun layihəsini qəbul edib. 

Sputnik Azərbaycan “Haber7“-yə istinadla xəbər verir ki, “Yaxın Şərqdə ABŞ-ın təhlükəsizliyini gücləndirmək” adlı qanun layihəsinə hər iki partiyadan olan senatorlar dəstək veriblər.

Layihədə ABŞ-ın Suriya və Əfqanıstandakı mövcudluğunu davam etdirməsinin və buradakı əsgərləri geri çəkməməsinin vacib olduğu vurğulanır.

Senat üzvü Mitch Mcconnell keçən həftə bildirmişdi ki, “İŞİD və “Əl-Qaidə” hələ məğlub edilməyib, ABŞ-ın milli təhlükəsizlik maraqları Suriyada missiyamızı davam etdirməyi tələb edir”.

Qeyd edək ki, 2018-ci il dekabrın 24-də ABŞ prezidenti qoşunların Suriyadan çıxarılması haqqında sərəncam imzalayıb. Ağ Ev tərəfindən qoşunların çıxarılması barədə bəyanat verildikdən sonra ABŞ-ın müdafiə naziri Ceyms Mettis və ABŞ-ın İŞİD-lə mübarizə üzrə xüsusi nümayəndəsi Brett Makqerq istefaya gedib.

Həmçinin oxuyun

Hindistan əhalinin sayına görə dünyada birinci yerdə oldu

Hindistan əhalisinin sayına görə dünyada lider ölkə olub. APA xəbər verir ki, bu barədə BMT-nin …