Cümə , Aprel 19 2024
Ana səhifə / Dünya / ABŞ prezidenti Kim Çen Inla görüşünün vaxtını açıqladı

ABŞ prezidenti Kim Çen Inla görüşünün vaxtını açıqladı

ABŞ prezidenti Donald Tramp Koreya yarımadasının nüvəsizləşdirilməsini müzakirə etmək üçün yaxın 3-4 həftə ərzində KXDR lideri Kim Çen In ilə görüşmək niyyətindədir.

TASS xəbər verir ki, bunu Amerika lideri şənbə günü Miçiqan ştatında tərəfdarları qarşısında çıxışı zamanı deyib.

“Düşünürəm ki, bizim görüşümüz üç-dörd həftə ərzində olacaq. Bu, Koreya yarımadasının nüvəsizləşdirilməsi, Şimali Koreya üçün çox vacib görüş olmalıdır. Görək necə olacaq”, – deyə o bildirib.

Həmçinin oxuyun

Hindistan əhalinin sayına görə dünyada birinci yerdə oldu

Hindistan əhalisinin sayına görə dünyada lider ölkə olub. APA xəbər verir ki, bu barədə BMT-nin …