Ana səhifə / Dünya / ABŞ Konqresinə seçilən qadın Qurana əl basdı

ABŞ Konqresinə seçilən qadın Qurana əl basdı

ABŞ-da keçirilən aralıq seçkilərdə Minnesota ştatından Nümayəndələr Palatasına üzv seçilən Somali əsilli İlhan Omar Konqresdə “Qurani-Kərim”ə əl basaraq and içib.

Belə ki, Palataya seçilən ilk hicablı qadın kimi tarixə düşən İlhan Omar andiçmə mərasimi ilə bağlı sosial şəbəkədə paylaşım edərək bunları yazıb:
“Uşaq yaşlarımdan partiya qurultaylarında babama tərcüməçilik edirdim. Siyasətə marağımı oyanadan ilk şəxs də babam olub. Kaş, bu tarixi anı görmək üçün burada olaydı. Amma andiçmə mərasimində onun “Qurani-Kərim”inə əl basdığım üçün ruhu oradaydı”.

O, bildirib ki, “Qurani-Kərim”i 1995-ci ildə mühacir kimi ABŞ-a köçdükləri zaman babası özü ilə gətirib.

Qeyd edək ki, Keniyada 4 il mühacir düşərgəsində yaşayan Omar 12 yaşında ABŞ-a köçüb. Ötən il Minnesota ştatından, ölkədə keçirilən aralıq seçkilərə qatılaraq Respublikaçılar partiyasından olan rəqibi Cennifer Zielinskiyə böyük fərqlə qalib gəlib. (Azvision.az)

Həmçinin oxuyun

Papa qadın məhbusların ayaqlarını yuyub öpdü

Katolik dünyasının ruhani lideri Papa Fransisk katoliklərin bu həftəsonu qeyd etməyə hazırlaşdıqları Pasxa mərasimləri çərçivəsində …