Şənbə , Dekabr 9 2023
Ana səhifə / Dünya / ABŞ Kiyevə yeni 100 milyon dollarlıq yardım paketi ayıracaq

ABŞ Kiyevə yeni 100 milyon dollarlıq yardım paketi ayıracaq

ABŞ Müdafiə Nazirliyi Vaşinqtonun Kiyevə 100 milyon dollar məbləğində əlavə hərbi yardım paketi ayıracağını açıqlayıb.

Bu barədə ABŞ hərbi departamentinin mətbuat xidmətinin yaydığı məlumatda deyilir.

Paketə tank əleyhinə silahlar və hava hücumundan müdafiə sistemləri üçün raketlər daxil olacaq. Vaşinqton həmçinin Kiyevə 3 milyondan çox atıcı silah sursatları, maneələri aşmaq üçün döyüş sursatları, soyuq hava şəraiti üçün avadanlıq, ehtiyat hissələri, texniki xidmət ləvazimatları və digər yardımçı avadanlıqlar göndərir.

ABŞ dövlət katibi Antoni Blinken qeyd edib ki, yeni hərbi yardım paketi “Ukraynanın təcili ehtiyaclarını ödəməyə kömək edəcək”. Eyni zamanda, Amerika xarici siyasət departamentinin rəhbəri ABŞ Konqresini Kiyevə dəstək üçün əlavə tədbirlər görməyə, ilk növbədə ABŞ prezidenti Co Baydenin əlavə büdcə ayırmaları tələbini təsdiqləməyə çağırıb.

Həmçinin oxuyun

İsrail nazirinin oğlu döyüşdə həlak oldu

İsrailin sabiq Baş Qərargah rəisi, hazırda hərbi kabinetdə portfelsiz nazir olan Qadi Ayzenkotun kiçik oğlu …