Ana səhifə / Dünya / “ABŞ İranın bəyanatlarına görə İsraili qorumaq üçün hər şeyi edəcək” – Bayden

“ABŞ İranın bəyanatlarına görə İsraili qorumaq üçün hər şeyi edəcək” – Bayden

ABŞ İranın Dəməşqdəki konsulluğuna hücumdan sonra indiki xəbərdarlıqları fonunda İsraili qorumaq üçün hər şeyi edəcək”.

Bunu ABŞ Prezidenti Cozef Bayden Yaponiyanın baş naziri Fumio Kisida ilə danışıqların yekunlarına dair mətbuat konfransında deyib.

“Biz həmçinin Yaxın Şərqdəki hadisələri, o cümlədən atəşkəs və girov müqaviləsinə birgə dəstəyimizi, eləcə də Qəzzada mövcud olan humanitar böhranı həll etmək üçün təcili səyləri müzakirə etdik. Eləcə də İranın İsrailə ciddi hücuma keçmə təhlükəsini müzakirə etmək istəyirik. İsrailin Baş naziri Benyamin Netanyahuya dedim ki, İran və ona dəstək verənlərdən gələn bu təhdidlərə qarşı İsrailin təhlükəsizliyinə dair öhdəliyimiz sarsılmazdır. Bir daha dedik ki, İsrailin təhlükəsizliyini qorumaq üçün əlimizdən gələni edəcəyik”, – o vurğulayıb.

Həmçinin oxuyun

Tbilisidə etirazçılar Rusiya bayrağını yandırıblar

Gürcüstanın paytaxtı Tbilisi şəhərində “xarici agentlər haqqında” qanuna etiraz bildirən nümayişçilər parlament binası yaxınlığında Rusiya …