Sosial şəbəkədə biz:
“ABŞ-İran danışıqları Türkiyənin vasitəçiliyi ilə baş tuta bilər”
Xəbər Şəkli

“ABŞ-İran danışıqları Türkiyənin vasitəçiliyi ilə baş tuta bilər”

25 March 2026, 00:34
Dünya

ABŞ və İran arasında potensial danışıqlar Türkiyə və digər ölkələrin vasitəçiliyi ilə baş tuta bilər.
Bu barədə ABŞ-də yerləşən “Al-Monitor” qəzeti Türkiyə mənbələrinə istinadən məlumat yayıb.
Mənbənin məlumatına görə, danışıqlar təklifi İran rəhbərliyinə türk vasitəçiləri vasitəsilə çatdırılıb. Dialoq baş tutarsa, Türkiyə nümayəndələrinin iştirakı gözlənilir. Mənbə qeyd edib ki, Amerikanın təklifinə uyğun olaraq, danışıqlarda ABŞ-ni vitse-prezident J.D. Vensin təmsil etməsi gözlənilir. Vaşinqton İran tərəfindən Məclis sədri Məhəmməd Baqer Qalibafın iştirakına ümid edir.
Qeyd edək ki, daha əvvəl İsrail televiziyasının 12-ci kanalı İsrail rəsmisinə istinadən ABŞ və İran nümayəndələri arasında görüşün bu həftənin sonlarında İslamabadda keçirilə biləcəyini bildirmişdi. Kanal həmçinin Vens və Qalibafın danışıqlarda iştirak edə biləcəyini də bildirib.