Ana səhifə / Dünya / ABŞ-ın Suriyanı hissə-hissə parçalamaq barədə planı üzə çıxdı

ABŞ-ın Suriyanı hissə-hissə parçalamaq barədə planı üzə çıxdı

İspaniyanın “Publico” onlayn qəzeti Suriya ilə bağlı sensasion bir xəbər yayıb.

Qəzetin yazdığına görə, ABŞ-ın başçılıq etdiyi xüsusi qrup Suriyanın bölünməsi planını çoxdan masaya yatırıb.

Həmin yazııı təqdim edirik:

“2018-ci ilin yanvarın 11-də Vaşinqton “Suriyanın bölünməsi üçün addımlar” dosyesi müzakirə olunur.

“Suriya işləri üzrə kiçik qrup”un birinci iclasında amerikalı Devid Sotterfild (bu adam İraq müharibəsi illərində keçmiş dövlət katibi Kondaliza Raysın baş məsləhətçisi olub), britaniyalı Hyu Kliri, fransız Jerom Bennafon, iordaniyalı Nəvaf Tell və səudiyyəli Camal Əl-Aqil iştirak ediblər.

Bu barədə ilk dəfə Livanın “Əl Əxbar” qəzeti fevralın 22-də məlumat verib. Xəbər Böyük Britaniyanın ABŞ-dakı səfirliyinin Yaxın Şərq seksiya rəhbəri, həmin görüşdə iştirak etmiş Bencamin Normanın diplomatik teleqramına əsaslanıb.

Yanvarın 23-də 5 dövlətin nümayəndələri bu dəfə Parisdə görüşüblər. Onlar “Əsədin kimyəvi silahları mövzusunun işlənilməsi” və BMT –nin Suriya üzrə xüsusi nümayəndəsi Stefan de Mistura ilə manipulyasiya etməyin yollarını müzakirə ediblər.

Qrup aşağıdakı qərarları qəbil edib:

1. Suriya probleminin iki düsturdan istifadə olunaraq siyasi tənzimlənməsinə yol verilməməsi:

a) ABŞ-ın Fərat çayının şərq sahillərində mövcudluğunu saxlamaqla müharibəni davam etdirilməsi və bunun üçün ildə 4 milyard dollar pul ayrılması; b) Misturanı ələ almaqla BMT-dən istifadə olunması

2. Suriyanı şərq və qərb xətti üzrə parçalamaq.

Burada Fərat çayı Moskva və Vaşinqtonun nüfuz zonalarının sərhədinə çevriləcək. Məhz bu səbəbdən ABŞ-ın fevral ayını 7-də Rusiyanın özəl hərbi şirkəti “Vaqner”ə hücumu həmin ərazini qəti şəkildə müəyyənləşdirmək məqsədilə həyata keçirilib.

3. Stefan de Misturanı Suriyadakı yeni siyasi strakturu tanımağa inandırmaq.

Bu struktur isə Suriyanın demokratik qüvvələrindən, Əsəd hökumətindən və YPG kimi mini muxtariyyatlardan ibarət olmalıdır.

4. Rusiyanın bu plana marağını cəlb etmək üçün Suriya üsyançılarının və BMT-nin tələb etdiyi kimi müvəqqəti hökumət ideyasından vaz keçilməsi.

Onlar Əsədin seçkilərdə iştirakına icazə verəsələr də, onun qələbəsinə mane olmaq üçün xüsusi institutlar yaratmağı planlayıblar.

5. İranı Suriyadan tamamilə çıxarmaq

6. Türkiyəni Suriya ilə müharibəyə cəlb etmək. (Musavat.com)

Həmçinin oxuyun

Papa qadın məhbusların ayaqlarını yuyub öpdü

Katolik dünyasının ruhani lideri Papa Fransisk katoliklərin bu həftəsonu qeyd etməyə hazırlaşdıqları Pasxa mərasimləri çərçivəsində …