Bazar , Yanvar 24 2021
Ana səhifə / Dünya / “ABŞ-ın Suriyadan çəkilmək barədə qərarında başlıca amil Türkiyədir”

“ABŞ-ın Suriyadan çəkilmək barədə qərarında başlıca amil Türkiyədir”

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ABŞ hökumətinin Suriyadan hərbçilərini çıxartmaq barədə qərarını şərh edib.

Türkiyə mətbuatı xəbər verir ki, nazir ABŞ-ın Suriyadan çəkilmək barədə qərar verməsində Türkiyənin rolunu qeyd edib:“Verdiyimiz qərarlar sayəsində çəkildilər”.

Xatırladaq ki, ötən həftə ABŞ Prezidenti Donald Tramp Suriyadakı 2 minamerikalı hərbçinin geri qayıdacağını açıqlamışdı. Bu qərar Suriyanın şimalına ABŞ-ın da dəstəyi sayəsində nəzarət edən YPG/PYD terrorçu təşkilatını narahat edib.

Bundan əvvəl Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Suriyanın Münbiç bölgəsidən ABŞ tərəfindən himayə edilən YPG dəstələri çıxarılmasa, həmin dəstələrə qarşı əməliyyata başlamağa hazır olduqlarını, lakin dekabrın 14-də D.Trampla telefon söhbətindən sonra əməliyyatı təxirə salmaq qərarına gəldiklərini bildirmişdi. Məhz həmin telefon danışıqlarından sonra Ağ Ev Suriyadan çəkilmək qərarını açıqlayıb/Report.

Həmçinin oxuyun

“İcazəsiz aksiya ilə bağlı bir neçə maddə üzrə cinayət işləri başlanılıb” – İstintaq Komitəsi

Moskvada təşkil olunmuş razılaşdırılmamış aksiya ilə bağlı İstintaq Komitəsi tərəfindən cinayət işləri başlanılıb. Bu barədə …