Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Dünya / ABŞ-ın PYD-YPG döyüşçülərinin nəzarətindəki bölgələrdə 20 hərbi bazası var

ABŞ-ın PYD-YPG döyüşçülərinin nəzarətindəki bölgələrdə 20 hərbi bazası var

Amerika Birləşmiş Ştatlarının PYD/YPG döyüşçülərinin nəzarətindəki bölgələrdə 20 hərbi bazası var.

Bunu Sputnik-ə açıqlamasında Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Aleksandr Venediktov deyib.

Venediktov bildirib ki, ABŞ PYD vasitəsilə Suriyadakı varlığını qorumağa çalışır: “Görünür amerikalı dostlarımız Suriyada birdəfəlik qalmağa can atır. PYD-yə verdikləri dəstək buna görədir. Artıq 20 bazaları var. PYD-dən istifadə edib buraya yerləşiblər”.

“Türkiyəni Afrində əməliyyat başlatmağa da ABŞ vadar elədi. Provokativ şəkildə PYD döyüşçülərinə ağır silahlarla yardım etdilər. Bilə-bilə ki, onlar Türkiyəyə qarşı vuruşurlar, bilə-bilə ki, rəsmi Ankara bu təşkilatı terrorçu olaraq görür” – Aleksandr Venediktov bildirib.

Həmçinin oxuyun

3 uşaq anası 9 saatlıq əməliyyatdan sonra vəfat etdi – Azərbaycanlı həkim ittiham edilir

Türkiyədə qadın əməliyyatdan sonra ölüb. Hadisə Kayseri şəhərində yerləşən özəl xəstəxanalardan birində qeydə alınıb. 3 …