Çərşənbə axşamı , Dekabr 1 2020
Ana səhifə / Dünya / ABŞ-ın pul ayırdığı 5 ölkə Trampa qarşı çıxdı

ABŞ-ın pul ayırdığı 5 ölkə Trampa qarşı çıxdı

ABŞ prezidenti Donald Trampın təhdidlərinə baxmayaraq, bəzi ölkələr BMT-nin Baş Assambleyasının ötən gün keçirilən xüsusi sessiyasında ABŞ-ın Qüdslə bağlı qərarını rədd edən qətnamə layihəsinin lehinə olduğunu nümayiş etdirib.

ABŞ-ın maliyyə yardımı ayırdığı İraq, Əfqanıstan, Misir, İordaniya və Pakistan qətnamənin lehinə səs verməklə diqqət çəkib.

Qeyd edək ki, Tramp Qüdslə bağlı ABŞ-ın mövqeyini dəstəkləməyən ölkələrə maliyyə yardımının dayandırılacağını bəyan etmişdi.

Xatırladaq ki, BMT Baş Assambleyasının xüsusi sessiyasında qəbul edilən qətnamə ilə Qüds İsrailin paytaxtı kimi tanımayıb. 128 ölkə qətnamənin lehinə, 9 ölkə əleyhinə səs verib. 35 ölkə isə bitərəf qalıb. ABŞ, İsrail, Qvatemala, Honduras, Marşal adaları, Mikroneziya, Nauru, Palau və Toqo qətnamənin əleyhinə çıxıb. (AzVision.az)

Həmçinin oxuyun

“Bu faciəyə səbəb olan hökumət getməlidir” – Armen Sarkisyan

“Belə böyük faciənin baş verdiyi hər bir ölkədə yalnız bir həll yolu var: buna səbəb …