Çərşənbə , Yanvar 27 2021
Ana səhifə / Dünya / ABŞ-ın İraqdakı hərbi bazasına 5 raket zərbəsi endirilib, 4 İraq hərbçisi xəsarət alıb

ABŞ-ın İraqdakı hərbi bazasına 5 raket zərbəsi endirilib, 4 İraq hərbçisi xəsarət alıb

İraqın Salah əd-Din əyalətindəki “Balad” Hərbi Hava Qüvvələrinin bazası raket atəşinə tutulub.

Bu barədə hərbi mənbədən məlumat verilib.

Atəş zamanı 4 İraq hərbçisinin yaralandığı bildirilib.

Qeyd edilib ki, ABŞ-ın İraqdakı Salah əd-Din əyalətində yerləşən hərbi bazasına naməlum mənbədən alınan “Katyusha” qurğularından 5 raket atılıb. Yaralananlardan 2-si zabitdir.(apa)

Həmçinin oxuyun

ABŞ tarixində ilk – Maliyyə naziri qadın oldu

ABŞ Senatı Canet Yelleni ölkənin maliyyə naziri vəzifəsinə təsdiqləyib. Azvision.az “Reuters”ə istinadən xəbər verir ki, onun …