Şənbə , Aprel 20 2024
Ana səhifə / Dünya / “ABŞ-ın dəhlizini darmadağın etdik”

“ABŞ-ın dəhlizini darmadağın etdik”

“ABŞ-ın PKK-çılarla birlikdə qurmaq istədiyi dəhlizi “Fərat qalxanı” və “Zeytun budağı” əməliyyatları ilə darmadağın etdik”.

Axar.az xəbər verir ki, bu sözləri Türkiyə hökumətinin sözçüsü və Baş nazirin müavini Mahir Ünal deyib.

“15 iyulda cənub sərhədlərimizdə terror dəhlizi yaradıb Türkiyəni məngənəyə salmaq istədilər. Biz NATO müttəfiqiyik, onların da cənub sərhədlərini qoruyuruq. Amma mənim NATO müttəfiqim olan ABŞ “Mən PKK-çılardan ibarət təhlükəsizlik dəhlizi yaradacağam” dedi. Yarada bildimi? Yarada bilmədi. Yaratmaq istədiyi dəhlizi Türkiyə darmadağın etdi. Afrində hinlərinə girdik. Bütün bunlar bu millətin dəstəyi ilə 18 saat çalışaraq oldu. SİHA, PUA, “Altay” tanklarını, ATAK helikopterini hazırlayaraq oldu”, – deyə sözçü bildirib.

Həmçinin oxuyun

Hindistan əhalinin sayına görə dünyada birinci yerdə oldu

Hindistan əhalisinin sayına görə dünyada lider ölkə olub. APA xəbər verir ki, bu barədə BMT-nin …