Şənbə , Aprel 20 2024
Ana səhifə / Dünya / “ABŞ həyasızcasına bizi aldatdı, Kiyevdə çevriliş etdi” – Putin

“ABŞ həyasızcasına bizi aldatdı, Kiyevdə çevriliş etdi” – Putin

“ABŞ indiki Ukrayna hökumətini dəstəkləməyə məcburdur. Çünki ABŞ faktiki olaraq öz əlləri ilə 2014-cü ildə Ukraynada dövlət çevrilişi həyata keçirdi və “özlərini küncə sıxışdırdılar””.

“Qafqazinfo” xəbər verir ki, bu sözləri Rusiya prezidenti Vladimir Putin jurnalist Vladimir Solovyevə verdiyi müsahibəsində deyib.

Putin bildirib ki, çevrilişdən əvvəl ABŞ “kobud və həyasızcasına” Rusiyanı aldatdı:

“Amerikalı həmkarlarımız bizə müraciət etdilər. Onlar xahiş etdilər ki, biz Ukraynanın o dövrkü prezidenti Viktor Yankukoviçin müxalifətə qarşı ordudan istifadə etməməsi, müxalifətin isə meydanı boşaltması məqsədi ilə əldə edilən razılaşmaya əməl etməsi üçün əlimizdən gələni edək. Biz dedik “yaxşı”. Bir gün sonra isə dövlət çevriliş baş verdi.

Heç olmasa zəng edərdilər, nə isə edərdilər, heç olmasa bircə söz. Deyərdilər ki, biz bunu istəmirdik, lakin hadisələrin inkişafı belə gətirdi. Hər şeyi hüquqi müstəviyə gətirmək üçün əlimizdən gələni edəcəyik. Heç bir söz demədilər, əksinə, çevrilişi həyata keçirənlərə tam dəstək verdilər”.

Prezident qeyd edib ki, Amerika öz əlləri ilə çevrilişi həyata keçirdi, bu səbəbdən də indiki Kiyev hökumətini dəstəkləməyə məcburdur.

Rusiya lideri bildirib ki, bu hadisə amerikalı  tərəfdarlarının ilk ciddi yalanıdır.

Həmçinin oxuyun

Hindistan əhalinin sayına görə dünyada birinci yerdə oldu

Hindistan əhalisinin sayına görə dünyada lider ölkə olub. APA xəbər verir ki, bu barədə BMT-nin …