Şənbə , Noyabr 17 2018
Ana səhifə / Dünya / ABŞ Gülənin ekstradisiyasilə bağlı Ankara ilə danışıqlara başlayır

ABŞ Gülənin ekstradisiyasilə bağlı Ankara ilə danışıqlara başlayır

ABŞ Dövlət Departamenti, Ədliyyə və Daxili İşlər Nazirliklərinin nümayəndələrindən ibarət geniş nümayəndə heyəti 13 iyulda Ankaraya gələrək türkiyəli rəsmilərlə Fətullah Gülənin ekstradisiyasını və onun lideri olduğu FETÖ (Fətullahçı Teror Təşkilatı) terror təşkilatilə mübarizəni müzakirə edəcəklər.

Bu barədə Türkiyə Xarici İşlər Nazirliyi rəsmisinin yaydığı bəyanatda deyilir.

“ABŞ-la ikitərəfli əlaqələrimizin müxtəlif aspektlərini texniki səviyyədə müntəzəm şəkildə müzakirə edirik. Bununla əlaqədar olaraq, 13 iyulda Ankarada ABŞ Ədliyyə Nazirliyi, Daxili İşlər Nazirliyi və xarici siyasət idarəsinin vəzifəli şəxsləri ilə hər iki ölkə FETÖ terror təşkilatilə mübarizəni, ilk növbədə isə Fətullah Gülənin təhvil verilməsini müzakirə edəcəklər. O cümlədən, “Halkbank”ın keçmiş baş direktor müavini Hakan Atillanın işi və Türkiyədə saxlanılan ABŞ vətəndaşlarının məsələsi də müzakirə olunacaq.” – deyə bəyanatda bildirilib. AzVision.az

VIPedu.BIZ

Həmçinin oxuyun

İclasdan qayıdan Putin yolüstü aptekə girdi

Rusiya prezidenti Vladimir Putin Sankt-Peterburqda iclasdan qayıdarkən yolüstü Puşkin rayonundakı əczaxanalardan birinə baş çəkib. “ …