Çərşənbə , Fevral 28 2024
Ana səhifə / Dünya / ABŞ Ermənistandakı vətəndaşlarına müraciət etdi: “Sərhədə getməyin”

ABŞ Ermənistandakı vətəndaşlarına müraciət etdi: “Sərhədə getməyin”

ABŞ-ın Ermənistandakı səfirliyi bu ölkədəki vətəndaşlarına müraciət edib.

Səfirlik onları Ermənistan-Azərbaycan sərhədinə səfər etməməyə çağırıb.

ABŞ Səfirliyi əməkdaşlarına və onların ailələrinə aşağıdakı yerlərə hər hansı qeyri-vacib səyahəti qadağan sayıb.

Səfirlik həmin ərazilərin adlarını da açıqlayıb:

“Vardenisin şərqindəki Geqarkunik bölgəsi, Gorusun şərqindəki Sünik və Qafandan cənubda Sünik rayonu”.

Bildirilir ki, Ararat rayonunun Yeraşx kəndi ilə səyahətə icazə verilir, amma həmin yerlərdə dayanmaq qadağandır.

ABŞ vətəndaşları Ermənistan və Azərbaycan arasındakı bütün beynəlxalq sərhədlərin yaxınlığında ehtiyatlı olmağa davam etməlidirlər”, – deyə müraciətdə qeyd olunur.

Bəs sərhədlə bağlı narahatlıq nədədir?

Azərbaycanla Ermənistan arasında sonuncu sərhəd toqquşması 2022-ci ilin sentyabrın 12-də baş vermişdi.

Həmin ərəfədə Azərbaycan Müdafiə Nazirliyi yaydığı açıqlamada bildirirdi ki, Ermənistan silahlı qüvvələri Daşkəsən, Kəlbəcər və Laçın istiqamətlərində genişmiqyaslı hücuma keçib.

Ermənistan Müdafiə Nazirliyi isə bunu təkzib etmişdi.

Nazirliyin mətbuat xidmətinin rəhbəri Aram Torosyan demişdi ki, Azərbaycan Ermənistanın Qoris, Sotk və Cermuk (Gorus, Zod və İstisu) rayonları istiqamətində intensiv atəş açıb, döyüşə artilleriya və PUA-lar cəlb olunub.

Toqquşma nəticəsində Azərbaycan Müdafiə Nazirliyi 79, Ermənistan isə 200-dən artıq hərbçisini itirdiyini açıqlamışdı.

Həmçinin oxuyun

Aleksey Navalnının nəşi anasına verildi

Aleksey Navalnının nəşi anasına verilib. Bu barədə siyasətçinin komandası “Telegram” kanalında məlumat yayıb. Onun harada …