Bazar ertəsi , Dekabr 4 2023
Ana səhifə / Dünya / ABŞ Dövlət Departamenti Blinkenin dedikləri ilə bağlı açıqlama yaydı – “Bu məqalədəki məlumat…”

ABŞ Dövlət Departamenti Blinkenin dedikləri ilə bağlı açıqlama yaydı – “Bu məqalədəki məlumat…”

ABŞ dövlət katibi Entoni Blinkenin Azərbaycanla bağlı son açıqlaması haqlı olaraq etirazlar doğurub. Qeyd edək ki, söhbət “Politiko” nəşrində dərc olunmuş məqalədə Blinkenin “yaxın həftələrdə Azərbaycanın Ermənistanın cənubuna hücumunu mümkün hesab etməsi” və digər iddialardan gedir.

DİA.AZ Musavat.com-a istinadla bildirir ki, Dövlət Departamentinin sözçüsü məsələ ilə bağlı açıqlama yayıb. ABŞ-ın Azərbaycandakı səfirliyi tərəfindən saytımıza göndərilən açıqlamada deyilir: “Birləşmiş Ştatlar Ermənistanın suverenliyini və ərazi bütövlüyünü qətiyyətlə dəstəkləyir. Biz vurğulamışıq ki, bu suverenliyin və ərazi bütövlüyünün istənilən şəkildə pozulması ciddi nəticələrə gətirib çıxaracaq. Bu məqalədəki məlumat qeyri-dəqiqdir və katib Blinkenin qanunvericilərə dediklərini heç bir şəkildə əks etdirmir”. 

Həmçinin oxuyun

Rus gözəli dar şalvarda: ərəb şeyxləri ona görə sıraya düzüldü – FOTO

Elə gün olmur ki, 37 yaşlı İrina Şeykin sosial mediadakı paylaşımı “partlamasın”. Məşhur supermodel hətta …