Sosial şəbəkədə biz:
ABŞ-də azərbaycanlı tələbə saxlanıldı – Mamdani Trampa zəng vurdu
Xəbər Şəkli

ABŞ-də azərbaycanlı tələbə saxlanıldı – Mamdani Trampa zəng vurdu

27 February 2026, 12:47
Dünya

Kolumbiya Universitetinin azərbaycanlı tələbəsi Elaina Ağayeva ABŞ-nin İmmiqrasiya və Gömrük Xidmətinin (ICE) agentləri tərəfinfən saxlanılıb.
Yeniavaz.com ABŞ mətbuatına istinadla xəbər verir ki, bu barədə onun özü də sosial media hesabında məlumat yayıb.
“Məni qanunsuz saxlayıblar. Xahiş edirəm, kömək edin!” – deyə o bildirib.
Bu çağırışdan sonra Nyu-York şəhərinin meri Zohran Mamdani hərəkətə keçib.
“Prezident Trampla (ABŞ Prezidenti Donald Tramp – red.) telefonda danışdım. Əvvəlki görüşümüzdə bu səhər ICE tərəfindən saxlanılan Kolumbiya Universitetinin tələbəsi Elaina Ağayeva ilə bağlı narahatlıqlarımı bölüşmüşdüm. O, mənə onun tezliklə azad ediləcəyini bildirdi”, - Mamdani “X” hesabında yazıb.
Bir müddət sonra isə Universitet məlumat yayaraq E.Ağayeva artıq sərbəst buraxıldığını bəyan edib.
Elmina Ağayeva özü də “Instagram” hesabında sərbəst buraxılması barədə məlumat yayıb.
“Hər birinizə çox minnətdaram. Bir az əvvəl oradan çıxdım. Mən təhlükəsizəm və yaxşıyam. Hazırda evə qayıdıram. Baş verənlərə görə tam şokdayam və telefonum jurnalistlərin zənglərinə görə susmur. Hər şeyi anlamaq və qəbul etmək üçün bir az zamana ehtiyacım var. Tezliklə məlumat verəcəyəm”, - deyə o bildirib.
Qeyd edək ki, E.Ağayeva sosial şəbəkələrdə də kifayət qədər aktivdir. O, gündəlik həyatı ilə bağlı müxtəlif kontentlər yaradaraq populyarlaşıb. Hazırda “Instagram”da 110 mindən çox izləyicisi var.