Cümə axşamı , İyun 30 2022
Ana səhifə / Dünya / ABŞ-dan NATO çağırışı – “Türkiyəni anlayırıq, lakin…”

ABŞ-dan NATO çağırışı – “Türkiyəni anlayırıq, lakin…”

ABŞ Türkiyənin terrorizmlə bağlı haqlı narahatlığının olduğunu inkar etmir, lakin Finlandiya və İsveçin NATO-ya qəbulu ilə bağlı Ankara, Stokholm və Helsinki arasında yaranmış fikir ayrılıqlarının tezliklə həllinə çağırır.

Teleqraf.com xəbər verir ki, bu barədə ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Karen Donfrid bildirib.

“Biz Türkiyənin terrorla bağlı haqlı narahatlığını qəbul edirik və bunu NATO-nun baş katibi Yens Stoltenberq də dilə gətirib. Biz Stokholm, Ankara və Helsinkini bütün müttəfiqlərin təhlükəsizlik problemlərini həll edilməsi istiqamətində doğru yol tapmaq üçün birgə işləməyə çağırırıq”, – o qeyd edib.

Donfrid Birləşmiş Ştatların Şimali Atlantika Alyansını Finlandiya və İsveçin NATO-ya daxil olması prosesi ilə bağlı tez bir zamanda konsensusa gəlməyə çağırdığını vurğulayıb.

Həmçinin oxuyun

ABŞ beş Çin şirkətinə qarşı sanksiya tətbiq edib

Amerika Birləşmiş Ştatları beş Çin şirkətinə qarşı sanksiya tətbiq edib. Səbəb Rusiyanın Ukraynaya genişmiqyaslı işğalından …