Çərşənbə axşamı , Mart 21 2023
Ana səhifə / Dünya / ABŞ-dan İrana jest: SEPAH-ı terror təşkilatları siyahısından çıxara bilər

ABŞ-dan İrana jest: SEPAH-ı terror təşkilatları siyahısından çıxara bilər

ABŞ prezidenti Co Baydenin administrasiyası İslam İnqilabı Keşikçiləri Korpusunu (İran Silahlı Qüvvələrinin elit bölmələri – “SEPAH”) ABŞ-da terrorçu kimi tanınan təşkilatlar siyahısından çıxarılması imkanını nəzərdən keçirir.
Bu barədə “Axios” portalı üç İsrail və iki Amerika mənbəsinə istinadən məlumat yayıb. Onların fikrincə, bu qərar İranın nüvə proqramı üzrə Birgə Hərtərəfli Fəaliyyət Planına (JCPOA) qayıdışla bağlı qarşıdakı razılaşma ilə birbaşa əlaqəli deyil. Buna baxmayaraq, İslam İnqilabı Keşikçiləri Korpusunun terror təşkilatı kimi tanınması ABŞ və İranın hələ də konsensusa gələ bilmədiyi məsələdir.

Bununla belə, qərar qəbul olunarsa, ABŞ İranın regionda gərginliyin azaldılması ilə bağlı öhdəliklərini yerinə yetirmədiyini hesab edərsə, SEPAH-ın statusuna yenidən baxmaq hüququnu özündə saxlaya bilər. Portalın mənbələrinə görə, İsrail ABŞ-ın İrandan ABŞ və onun regiondakı müttəfiqlərinə hücum etməməsini tələb etməməsindən narahatdır. AzVision.az

Həmçinin oxuyun

Ermənistanda hamı oğurlayır-Erməni mətbuatı

Ermənistanda büdcə oğurluğu, korrupsiya bütün hökumətlərin dövründə geniş vüsət alıb.  Nikol Paşinyan hakimiyyətə pafoslu şüarlarla …