Çərşənbə axşamı , Sentyabr 17 2019
Ana səhifə / Dünya / ABŞ-da seçkilərin nəticələri açıqlandı

ABŞ-da seçkilərin nəticələri açıqlandı

ABŞ-da keçirilən aralıq seçkilər başa çatıb.

“Report” “CNN” televiziyasına istinadən xəbər verir ki, ABŞ Prezidenti Donald Trampın da təmsil olunduğu hakim Respublikaçılar Partiyası Senat seçkilərində qalib gəlib.

Müxalif Demokratlar Partiyasının namizədləri isə Nümayəndələr Palatasına seçkilərdə daha çox səs toplayıblar.

Belə ki, respbulikaçılar Konqressin Yuxarı Palatasında (Senat) 50 yer, demokratlar isə 41 yer qazanıb. Konqressin Aşağı Palatasına (Nümayəndələr Palatası) keçirilən seçkilərdə isə Respublikaçılar Partiyası 197 yerə, Demokratlar Partiyası isə 238 mandata sahib olub.

Qeyd edək ki, aralıq mərhələdə Nümayəndələr Palatasının 435 üzvünün hamısı, Senatın isə 3-də biri müəyyən ediləcək.

Həmçinin oxuyun

Məmurun Naftalanda “şokolad vannası”ndan fotosu – Tənqid edildi

Rusiyanın Ulyanovsk vilayətinin İT-korporasiyasının rəhbəri Svetlana Openışeva Azərbaycanda “şokolad vannası”ndan paylaşdığı fotoya görə müzakirələrə səbəb olub. …