Ana səhifə / Dünya / ABŞ-da qadağan olunmuş dərmanları satan ermənilər saxlanılıb

ABŞ-da qadağan olunmuş dərmanları satan ermənilər saxlanılıb

ABŞ-ın Kaliforniya ştatında, Qleyndeldə qadağan olunmuş dərmanları satan ermənilər saxlanılıb.

“Report”un məlumatına görə, bu barədə Qleyndel polisi bildirib.

Polisin məlumatına görə, hüquq-mühafizə orqanlarına iki nəfərin narkotik tərkibli dərman satması barədə zəng daxil olub. Bundan sonra asayiş keşikçiləri Cofri Daftyan və Boris Mxitaryanı izləməyə başlayıblar.

Qadağan olunmuş dərmanların satışı zamanı polis 3 nəfəri yaxalayıb. Onlardan 400 dollar nagd pul və 100 şüşə “Alprazolam” müsadirə edilərək götürülüb.

Asayiş keşikçiləri həmçinin Daftyanın qarajında da axtarış aparıblar. Axtarış zamanı narkotik vasitələr, nagd pullar və böyük miqdarda “Alprazolam” aşkarlanıb.

Mxitaryan və Daftyan Qleyndel şəhər həbsxanasına aparılıblar.

Həmçinin oxuyun

Papa qadın məhbusların ayaqlarını yuyub öpdü

Katolik dünyasının ruhani lideri Papa Fransisk katoliklərin bu həftəsonu qeyd etməyə hazırlaşdıqları Pasxa mərasimləri çərçivəsində …