Çərşənbə , Aprel 24 2024
Ana səhifə / Dünya / ABŞ-da polislər atəşə tutuldu – 1 ölü, 6 yaralı + Fotolar

ABŞ-da polislər atəşə tutuldu – 1 ölü, 6 yaralı + Fotolar

ABŞ-ın Florens şəhərində 7 polis bir evdə axtarış etmək istəyən zaman ev sahibi tərəfindən atəşə tutulublar.

“Qafqazinfo” xəbər verir ki, hadisə zamanı 1 polis ölüb, 6-sı isə yaralanıb.

Kömək çağırışı edildikdən sonra atışma yerinə yüzlərlə polis göndərilib. Bölgədə isə fövqəladə vəziyyət elan edilərək əhalinin bir müddət çölə çıxmaması istənilib.

Aparılan əməliyyat nəticəsində polisləri yaralayan şəxs ələ keçirilib.

Faktla bağlı araşdırma aparılır.

Hadisə ilə bağlı ABŞ prezidenti Tvitterdə açıqlama yayaraq polislər üçün dualar edəcəyini bildirib:

“Bu gecə dualarım Florens polislərinə olacaq. Təhlükəsizlik əməkdaşlarımızın bizlər üçün etdiklərinə görə sonsuza qədər minnətdarıq”.



Həmçinin oxuyun

“Paşinyan da bunu başa düşür” – Ərdoğan

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib ki, Cənubi Qafqaz regionunda yeni nizam yaradılır və Ermənistanın …