Cümə , Aprel 19 2024
Ana səhifə / Dünya / ABŞ-da anomal soyuqlar, temperatur -25-ə düşüb – 17 nəfər ölüb
Снежный шторм в Нью-Йорке. Фото: ©REUTERS/Lucas Jackson

ABŞ-da anomal soyuqlar, temperatur -25-ə düşüb – 17 nəfər ölüb

Qar ABŞ-ın şimal-şərqini cənginə alıb.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, ABŞ-ın Nyu-York şəhərində, Pensilvaniya və Nyu Cersi ştatlarında 25 santimetr qalınlığında yağan qar həddindən artıq buzlanmaya səbəb olub. Fırtınanın sürəti saatda 130 kilometrdir.

Ölənlərin sayı isə 17-yə çatıb.

Şimali Karolinadan Maine ştatına qədər 1500 kilometrlik bir sahədə yaşayan amerikalıların məcburiyyət qarşısında qalmadıqca çölə çıxmamaları ilə bağlı xəbərdarlıq edilib.

Qar yağışları səbəbindən 4 min uçuş ləğv edilib, 77 min sərnişin isə aeroportda gözləməli olub.

Minneapolis şəhərində havanın temperaturu mənfi 25 dərəcəyə kimi düşüb. Virciniya və Şimali Karolina ştatlarında 40 min insan elektrik enerjisiz qalıb.

 




Həmçinin oxuyun

Hindistan əhalinin sayına görə dünyada birinci yerdə oldu

Hindistan əhalisinin sayına görə dünyada lider ölkə olub. APA xəbər verir ki, bu barədə BMT-nin …