Şimali Karolinada tədqiqat mərkəzlərinin yerləşdiyi küçəyə türkiyəli alim, kimya üzrə Nobel mükafatı laureatı Əziz Sancarın adı verilib.
Bu barədə Türkiyənin “Habertürk” saytı bildirib.
Qeyd edək ki, Sancar 2015-ci ildə “DNT mexanizmlərinin bərpası üzərində araşdırmalara görə” kimya üzrə Nobel mükafatı alıb. Hazırda o, Bayraktar qardaşları ilə sıx əməkdaşlıq edir və araşdırmalarını ABŞ-dan Türkiyəyə köçürür.


BakuPost