Çərşənbə axşamı , Avqust 16 2022
Ana səhifə / Dünya / ABŞ beş Çin şirkətinə qarşı sanksiya tətbiq edib

ABŞ beş Çin şirkətinə qarşı sanksiya tətbiq edib

Amerika Birləşmiş Ştatları beş Çin şirkətinə qarşı sanksiya tətbiq edib. Səbəb Rusiyanın Ukraynaya genişmiqyaslı işğalından əvvəl və sonra Rusiyanın müdafiə və hərbi sektorunun dəstəyi olub.

“Financial Times”ın məlumatına görə, ABŞ Ticarət Nazirliyi Çin şirkətlərini xüsusi “təşkilatlar siyahısı”na daxil edib. Buraya Connec Electronic, King Pai Technology, Sinno Electronics, Winninc Electronic və World Jetta (HK) Logistics daxildir. Sanksiyalar bu şirkətlərin ABŞ məhsullarını ixrac etməsinə qadağa qoyur.

ABŞ-ın ticarət nazirinin müavini Alan Esteves deyib: “Bugünkü hərəkətlər bütün dünya üzrə biznes və fiziki şəxslərə güclü siqnal verir ki, əgər onlar Rusiyanı dəstəkləmək istəsələr, ABŞ onlardan əl çəkəcək”.

Həmçinin oxuyun

Ermənistandakı partlayışın qəribə izləri…

İrəvanda ticarət mərkəzindəki partlayışda 5 nəfər ölüb, 17 nəfər itkin (aydın məsələdir ki, onlar da …