Şənbə , Oktyabr 24 2020
Ana səhifə / Dünya / ABŞ əfqanlarla savaşa 679 milyard xərcləyib

ABŞ əfqanlarla savaşa 679 milyard xərcləyib

2001-ci ildən indiyə qədər ABŞ-ın Əfqanıstandakı hərbi xərcləri 679,8 milyard dollar olub.

Axar.az xəbər verir ki, bu barədə informasiya ABŞ Müdafiə Nazirliyinin baş inspektorunun səlahiyyətlərini müvəqqəti icra edən Qlen Faynın hesabatında yer alıb.

“Pentaqonun yeni büdcəsində Əfqanıstandakı hərbi fəaliyyət üçün 45,9 milyard dolların ayrılması nəzərdə tutulub. 2018-ci ildə Pentaqon həmçinin dünyadakı hərbi əməliyyatlara 64,6 milyard dollar xərcləyəcək. Ümumilikdə 2001-ci ildən indiyə qədər ABŞ Konqresi Əfqanıstan, İraq və digər ərazilərdə əməliyyatlar üçün 1,6 trilyon dollar ayırıb”, – deyə hesabatda bildirilib.

Qeyd edək ki, Uotson adına Braunovski Universitetinin Beynəlxalq Tədqiqatlar İnstitutunun hazırladığı hesabatda ABŞ-ın Əfqanıstan, İraq, Pakistan və Suriyadakı savaşlara 2001-ci il 11 sentyabr teraktından bu vaxta qədər rəsmi rəqəmdən 4 dəfə çox – 5,6 trilyon dollar xərclədiyi bildirilmişdi.

Həmçinin oxuyun

“Həm ön cəbhədə, həm də arxa cəbhədə Vətənin müdafiəsinə hazırıq” – Diaspor təşkilatlarımızın aksiyalarından xülasələr

Arxa cəbhənin ön döyüşçüləri…  Sentyabrın 27-dən etibarən Azərbaycan ordusu işğal altında olan Qarabağda uğurlu əks-hücum …