Cümə axşamı , Oktyabr 22 2020
Ana səhifə / Dünya / ABŞ Ədliyyə nazirliyi “Rusiya işi” üzrə 13 nəfərə qarşı ittiham irəli sürüb

ABŞ Ədliyyə nazirliyi “Rusiya işi” üzrə 13 nəfərə qarşı ittiham irəli sürüb

ABŞ Ədliyyə Nazirliyi siyasi proseslərə və prezident seçkilərinə müdaxilə etdikləri üçün 13 Rusiya vətəndaşı və bu ölkənin 3 şirkətinə qarşı ittiham irəli sürüb.

APA-nın xəbərinə görə, bu barədə nazirliyin saytında müvafiq ittihamnamə dərc edilib. Sənədə əsasən, 13 Rusiya vətəndaşı əlbir olmaqla ABŞ hökumət orqanlarını aldatmaqda, onlardan 3-ü dələduzluq məqsədi ilə sövdələşmədə, 5-i şəxsi məlumatların oğurlanmasında təqsirli bilinir.

İttiham olunanların hərəkətləri Donald Trampın prezident kampaniyasına dəstək, onun Demokrat Partiyasından olan rəqibi Hillari Klintonun alçaldılmasına yönəlib”,- sənəddə deyilir.

Qeyd edək ki, ABŞ Konqresinin hər iki palatasının müvafiq komitələri Rusiyanın seçkilərə müdaxiləsi və Trampın komandasının Rusiya ilə əlaqələrinə dair təhqiqat aparır. Ədliyyə Nazirliyi tərəfindən təyin olunan xüsusi prokuror Robert Müller də analoji təhqiqatı davam etdirir.

Həmçinin oxuyun

Ermənistan prezidenti Brüsselə gedib

Ermənistan prezidenti Armen Sarkisyan Brüsselə yola düşüb. Bu barədə TASS xəbər verir. Səfər zamanı Dağlıq …