Cümə , Aprel 19 2024
Ana səhifə / Dünya / “Abbasov qanunsuz hərəkətləriylə “Azerros”u dağıdır”

“Abbasov qanunsuz hərəkətləriylə “Azerros”u dağıdır”

Ümumrusiya Azərbaycan Konqresinin Ulyanovsk regional filialının (URO VAK) sədri İslam Hüseynov da son zamanlar “Azerros” ətrafında yaşanan gərginliklə bağlı danışıb.

 Azinforum.az ” “moderator.az”a istinadən qurumun rəsmi saytında yayımlanan müsahibəni təqdim edir:

– İslam müəllim, Ulyanovsk Moskvadan olduqca uzaq məsafədədir. Niyə paytaxtda baş verənlər Sizi və təşkilatınızı belə narahat edir?

– Bu gün dünyada məsafələr böyük fərq etmir – biz Rusiya Azərbaycan milli icmasının tərkib hissəsi olduğumuza görə paytaxtda baş verənlər bilavasitə regionlarda baş verənlərə təsir edir. Bəzi hallarda isə əksinə – regionlardakı hadisələr diqqət mərkəzində olur.

Fikrinizcə, “AzərRos”-un bölünməsinin əsl səbəbi nədədir?

– Əslində, hər şey üz qabağındadır. Yarandığı günündən 2013-cü ilədək muxtariyyətdə hər şey stabil idi – ictimai fəaliyyət aparılırdı, genişmiqyaslı tədbirlər keçirilirdi, kitab, jurnal, “AzərRos” və “Mən vətəndaşam” qəzetləri nəşr edilirdi. Təşkilat layiqli ictimai-siyasi gücə malik idi, onun təsisçisi və keçmiş sədri Söyün Sadıqov Azərbaycan rəhbərliyindən “Tərəqqi” medalı ilə təltif edilmiş və 2011-ci ildə isə Rusiyada keçirilən Prezident seçkilərində Vladimir Putinin yaxın adamlarından biri olmuşdu. Sonra nə oldu? Rəhbərlik dəyişildi, təəssüf ki, Söyün Sadıqov sədr vəzifəsindən çıxaraq, vəzifəsini Abbas Abbasovun yaxını Asif Məhərrəmova etibar etdi. Abbas Abbasovun özü isə “AzərRos”u ələ keçirərək, FMMM-nin Ağsaqqallar Şurasının sədri oldu. O vaxtdan bəri daxili problemlər, anlaşılmazlıqlar və münaqişələr başladı. Burada kimin doğru və kimin səhv olduğu heç də vacib deyil. Fakt ondadır ki, yeni rəhbərlik “Azərros”un adından istifadə edərək, təşkilatı şəxsi çirkin siyasi oyunları üçün alətə çevirib. Bu dərhal federal muxtariyyətin işinə və imicinə təsir etdi. Tədricən regional təşkilatın və Federal Şuranın üzvləri rəhbərlikdən üz döndərməyə başladılar, Abbasovun və ətrafındakıların yeritdiyi siyasətə qarşı narazılıq bildirməyə başladılar. Yaranmış vəziyyət Məhərrəmovu istefa verməyə məcbur etdi. Onun istefası indiki rəhbərliyin tam uğursuzluğunu sübut etdi. Amma nədənsə, Azərbaycan vətəndaşı, Azərbaycan Respublikasının keçmiş Baş nazirin müavini Abbas Abbasov inadla geri çəkilmək istəmir və hələ də bilinmir Rusiya Federasiyasının “Milli-mədəni muxtariyyət haqqında” və “Xarici agentlər haqqında” Federal Qanunlarını qəsdən pozaraq o hansı məqsədləri güdür. Qeyri-qanuni hərəkətləri ilə o prosesləri təşkilatın dağıdılmasına aparır.

– Regionlarda ÜAK ilə FMMM “Azərros” arasında münasibətlər necədir?

– Bütovlükdə, regionlarda təşkilatlar arasında əməkdaşlıq, dostluq və sağlam rəqabət müşahidə etmək olar. Lakin təəssüflər olsun ki, bir neçə regionda, onların sırasında Tatarstan Respublikası, Çelyabinsk və Ulyanovsk vilayətlərində Abbas Abbasovun müdaxiləsi nəticəsində indiyədək davam edən konfliktlər yaranmışdır. Diaspor rəhbərləri hansılar ki, regionlarda eyni zamanda həm ÜAK-a, həm FMMM “AzərRos”un nümayəndəliklərinə sədrlik edirdi, Abbas Abbasov ilə əməkdaşlıq etmədikləri üçün onlara güclü təzyiq göstərilirdi. Bu onları muxtariyyətdən getməyə vadar etdi və onların yerinə Abbasova loyal insanlar gətirildi. Abbas Abbasov ilə əməkdaşlıq etməyən regionlarda, alternativ Azərbaycan təşkilatları yaradılır və bu regionda diasporun parçalanmasına səbəb olur. Belə vəziyyət Ulyanovsk vilayətində də yaranıb. Sual yaranır ki, Abbas Abbasov regionlarda milli stabilliyi dağıtmaqla kimin maraqlarına cavab verir?

-Yaranmış vəziyyətdən çıxış yolu varmı? FMMM-in gələcəyi varmı?

– Təbii FMMM-in uğurlu gələcəyini arzu edirik, axı bu böyük və güclü təşkilat Rusiya-Azərbaycan münasibətlərində vacib yer tutur. Lakin bu o zaman mümkündür ki, təşkilatın dağılmasının qarşısı alınacaq. Təşkilatın dağılması Rusiya azərbaycanlılarının imicinə böyük zərbə ola bilər, mən qorxuram ki, bu zərbədən hamımız ziyan çəkək. Buna görə də təşkilatın dağılması dayandırılmalıdır! Bunu etmək üçün “AzərRos” FMMM-in vahid, tamamilə qanuni qurultayı keçirilməlidir. Həmin qurultayda bütün regional muxtariyyətlər təmsil olunmalı və Nizamnaməyə uyğun olaraq demokratik səsvermə yolu ilə bütün məsələlər həllini tapmalıdır.

Mən yanvarın 17-də Söyün Sadıqovun rəhbərliyi altında keçirilmiş qurultayda şəxsən iştirak etdim və birmənalı demək olar ki, qurultay iştirakçıları çox müdrik qərar gəbul etdilər: rəqiblər olmadan heç bir məsələləri həll etməmək və hamını dinləməyə qərar verdilər. Qurultayın işində fasilə elan olundu. Birgə qurultay 14 aprel tarixində keçiriləcək. Həmvətənlərinin çağırışına qulaq asmaqdansa, Abbasov Abbasov və onun əlaltıları fevralın 20-də öz “qurultayını” keçirdilər. “Qurultayda” nəinki kvorum olmadı, hətta yeni qalmaqala yol verildi: Abbas Abbasovun Dağıstan quldurları onun xoşuna gəlməyən muxtariyyət üzvlərini qurultaya buraxmırdılar. Hər halda “qurultay” uğursuz keçdi. Aprelin 14-dək hələ vaxt var və mən “AzərRos”un orqan və filiallarının bütün rəhbərlərini birləşmək və vicdanlı müzakirə və səsvermə yolu ilə məsələləri tam həll etməyə çağırıram. Fikrimicə, yeganə çıxış yolu budur. Mehriban Sadıqova, Rüstəm Arifcanov, Cəmil Sadıxbəyov, Vaqif Adıgözəlov, Ağadadaş Kərimov, Vidadi Abbasov, Şirvan Kərimov, Rövşən Əliyev, Sərdar Abdullayev və Fayaz Paşayev bu tədbirə gəlməsələr onlar bir daha da sübüt edəcəklər ki, münaqişənin konstruktiv həllində maraqlı deyillər, Azərbaycan xalqının deyil, Rusiya-Azərbaycan dostluğuna düşmən çıxan qüvvələrinin maraqlarına xidmət edirlər və bir daha Abbas Abbasovdan asılılıqlarını nümayiş etdirmiş olurlar.

Sonda, mən “AzərRos”dakı bütün həmkarlarıma hikmət, səbr və qətiyyət arzulamaq istəyirəm.

Həmçinin oxuyun

Hindistan əhalinin sayına görə dünyada birinci yerdə oldu

Hindistan əhalisinin sayına görə dünyada lider ölkə olub. APA xəbər verir ki, bu barədə BMT-nin …

Bir cavab yazın