Bazar , Yanvar 23 2022
Ana səhifə / Dünya / 800 minə yaxın əfqan uşağın sığınacaqlara ehtiyacı var

800 minə yaxın əfqan uşağın sığınacaqlara ehtiyacı var

800 minə yaxın əfqan uşağın xəstəliyə və ya ölümə səbəb ola biləcək şaxtalarla üzləşdiyi üçün adekvat sığınacağa ehtiyacı var.

Bu barədə “Save the Children” Uşaqların Hüquqlarını Müdafiə Təşkilatının üç aylıq hesabatında bildirilir.

Təşkilatın açıqlamasına görə, 8,6 milyona yaxın uşaq kifayət qədər yorğan-döşək olmayan evlərdə yaşayır, 3 milyondan çox uşaq isə temperatura dözmək üçün lazımi şəraitə malik deyil: “BMT-nin ev təsərrüfatı sorğuları göstərir ki, təxminən 1,6 milyon insan çadırlarda və ya müvəqqəti sığınacaqlarda yaşayır”.

Həmçinin oxuyun

“Çox qan töküləcək, milyonlarla qaçqın olacaq” – NAZİR

Ukraynanın müdafiə naziri Aleksey Reznikov bildirib ki, Rusiyanın ölkəyə müdaxiləsi bütün Avropa üçün fəlakətə çevriləcək. …