Ana səhifə / Dünya / 700-dən çox tələbə karantinə alındı

700-dən çox tələbə karantinə alındı

Rusiyanın Sankt-Peterburq şəhərində Meçnikov adına Şimal-Qərb Dövlət Tibb Universitetinin 700-dən çox tələbəsi koronavirus şübhəsi ilə karantində saxlanılır.

Qaynarinfo  xarici mətbuata istinadən xəbər verir ki, onlar İtaliyadan gələn və koronavirusa yoluxmuş şəxslə eyni yataqxanada yaşayan tələbələrdir. Hazırda həmin xəstənin kimlələrə əlaqədə olduğu araşdırılır.
Qeyd edək ki, Rusiyada koronavirusa 6 yoluxma halı qeydə alınıb. Qeyd edək ki, dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 97 022-yə çatıb. Bunların 53 983 nəfəri sağalıb, 3 311 nəfəri isə ölüb.

Həmçinin oxuyun

Papa qadın məhbusların ayaqlarını yuyub öpdü

Katolik dünyasının ruhani lideri Papa Fransisk katoliklərin bu həftəsonu qeyd etməyə hazırlaşdıqları Pasxa mərasimləri çərçivəsində …