Çərşənbə axşamı , Oktyabr 20 2020
Ana səhifə / Dünya / 66 nəfərin cəsədi hələ də tapılmayıb – FOTOLAR

66 nəfərin cəsədi hələ də tapılmayıb – FOTOLAR

Dünən İranda qəzaya uğrayan “ATR-72” sərnişin təyyarəsinin axtarışları davam edir. Təyyarənin gövdəsinə aid hissələrin tapılması barədə məlumat təsdiqini tapmayıb.

Pis hava şəraiti axtarış işlərini çətinləşdirir. Xilasedicilərə ərazinin mürəkkəb landşaftına bələd olan yerli əhali arasından könüllülər də kömək edirlər.

Axtarış əməliyyatlarında dron və helikopterlərdən istifadə olunur. Həmçinin rəsmi Tehranın bir sıra xarici dövlətlərə peyk çəkilişlərinin təqdim olunması barədə müraciət etdiyi bildirilir.

Xatırladaq ki, Tehran-Yasuc reysi ilə uçan təyyarədə ümumilikdə 66 nəfər olub. Təyyarə Dena dağları üzərində olarkən – təyinat məntəqəsinə cəmi 25kilometr qalmış radarlardan itib.

İnsanların cəsədləri tapılmadığından onların qohumları ümidlərini üzməyib. Lakin ekspertlərin fikrincə, qəzadan sağ qurtarmaq şansı yoxdur. (AzərTAc)

Həmçinin oxuyun

Ərdoğan nazirləri toplayır – Qarabağ da müzakirə olunacaq

Bu gün Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın rəhbərliyi ilə Prezident İqamətgahında Nazirlər Kabinetinin toplantısı baş …