Bazar ertəsi , Noyabr 30 2020
Ana səhifə / Dünya / 500-ə yaxın Azərbaycan vətəndaşı Gürcüstana buraxılmayıb

500-ə yaxın Azərbaycan vətəndaşı Gürcüstana buraxılmayıb

Bu ilin yanvar-mart aylarında 493 Azərbaycan vətəndaşı Gürcüsana buraxılmayıb.

Gürcüstan Daxili İşlər Nazirliyinin hesabatında belə deyilir.

Yanvar ayında qonşu ölkəyə 124, fevral ayında 141, mart ayında isə 228 Azərbaycan vətəndaşının daxil olmasına icazə verilməyib.

Azərbaycan Gürcüstana buraxılmayan əcnəbi vətəndaşların sayına görə üçüncü yeri tutub.

“Report” bildirir ki, hesabat dövründə Gürcüstana buraxılmayan əcnəbi vətəndaşların ümumi sayı 6400-ə yaxın olub. Onların arasında birinci yeri İran (3000 nəfərə yaxın), ikinci yeri isə Hindistan vətəndaşları (1 200 nəfərə yaxın) tutub.

Həmçinin oxuyun

“Bu faciəyə səbəb olan hökumət getməlidir” – Armen Sarkisyan

“Belə böyük faciənin baş verdiyi hər bir ölkədə yalnız bir həll yolu var: buna səbəb …