Cümə , Aprel 19 2024
Ana səhifə / Dünya / 50 britaniyalı diplomat Rusiyadan qovulur

50 britaniyalı diplomat Rusiyadan qovulur

Rəsmi Moskva 50 britaniyalı diplomatı ölkədən çıxarmaq qərarına gəlib.

Bu barədə Rusiya XİN-nin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib. Onun sözlərinə görə, Rusiya və Britaniya diplomatları arasında fərq 50 nəfərdən çoxdur.

Zaxarova qeyd edib ki, Qərb dövlətləri açıq şəkildə usofobiya kampaniyasına başlayıb.

Qeyd edək ki, martın 5-də Britaniya xüsusi xidmət orqanlarına casusluqda günahlandırılan Sergey Skripal Solsberi şəhərindəki ticarət mərkəzində naməlum maddədən zəhərlənərək xəstəxanaya yerləşdirilib. Bu hadisədən sonra Böyük Britaniya və Rusiya arasında diplomatik qalmaqal başlayıb. Britaniya 23 Rusiya diplomatının ölkədən çıxarılmasına qərar verib.

Həmçinin oxuyun

Hindistan əhalinin sayına görə dünyada birinci yerdə oldu

Hindistan əhalisinin sayına görə dünyada lider ölkə olub. APA xəbər verir ki, bu barədə BMT-nin …